İsraildə uşaqlara daha çox verilən ad Məhəmməd olub


Dünya 31 İyl 2019 11:39:00 252 0

İsraildə uşaqlara daha çox verilən ad Məhəmməd olub

Ötən il İsraildə yeni doğulmuş oğlan uşaqlarına daha çox verilən ad Məhəmməd olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Statistik bürosu xəbər yayıb. Məlumata görə, 2646 uşaq Məhəmməd adlandırılıb. İkinci yerdə isə təxminən 1,5 min sayla David adı gəlir. Sonrakı yeri Ariel (1,3 min) tutur.

Ötən il İsraildə doğulan yeni qız uşaqlarına isə daha çox Tamar adı verilib.