Bakıda "Hyundai", "BMW" və "Fiat" 3500 manata satışa çıxarıldı


Digərləri 31 İyl 2019 11:11:00 239 0

Bakıda "Hyundai", "BMW" və "Fiat" 3500 manata satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 avqust tarixində keçiriləcək.

Son.az baku.ws-ə istinadən bildirir ki, komitədən verilən məlumata görə, elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb.

Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir.

Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 14.8 kv.m ilə 9.2 min kv.m arasındadır.

Dövlət əmlakları arasında yardımçı təsərrüfat, tikiş fabrikinin flialı, ticarət, xidmət obyektləri və digər müəssisələr var.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət əmlakı 668.3 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır.

Ümumi faydalı sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Bu növ dövlət əmlakları xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.

Salyan, Lerik, Şəmkir, Bərdə kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında "Sabirabad İnşaat Sənaye", "Oğuz kəndkimya", "Kürdəmir Quşçuluq" və digər səhmdar cəmiyyətləri var.