Aİİ tələbələri Bursa Uludağ Universitetində (FOTO)


Digərləri 31 İyl 2019 11:17:02 212 0

Aİİ tələbələri Bursa Uludağ Universitetində (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir. Aİİ-dən Trend-ə verilən məlumata görə, “Yay məktəbi”nin növbəti günü tələbələr Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsini ziyarət edib, fakültənin kitabxanası, dərs otaqları ilə tanış olublar. Daha sonra fakültənin dekanı professor Bilal Kemikli tələbələrlə görüşüb, azərbaycanlı gəncləri burada görməkdən məmnun olduğunu nəzərə çatdırıb. B.Kemikli tələbələrlə müxtəlif mövzularda söhbətlər aparıb, azərbaycanlı alimlərin dünya elminə verdikləri töhfələrdən bəhs edib. Seyid Yəhya Bakuvinin adını xüsusi vurğulayan fakültə dekanı belə dahi şəxsiyyətlərin hər bir gənc üçün nümunə olduğunu bildirib. B.Kemikli tələbələrə tövsiyələrini bildirib: “Yüksəkixtisaslı mütəxəssis olmaq istəyirsinizə, öncə Vətəninizin dahi şəxsiyyətlərini yaxşı tanımalısınız”. Görüşdə Azərbaycan İlahiyyat İnstitutu ilə Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsi arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdan söhbət açılıb. Tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.