"Siyəzən Broyler" ASC artıq Orqanik Gübrə istehsalına başlayıb


Digərləri 31 İyl 2019 10:55:00 287 0

"Siyəzən Broyler" ASC artıq Orqanik Gübrə istehsalına başlayıb

Əkinçilik və kənd kənd təsərrüfatında önəmli və ən əsas məsələlərdən biri orqanik gübrədir. Nəzərinizə çatdırmaq istəyirik ki, Siyəzən Broyler ASC artıq orqanik gübrə istehsalına başlamışdır!

Siyəzən orqanik gübrəsi - istehsal zamanı toyuq peyinin bioloji mayalandırılmasından sonra əldə olunur. Toyuq damlarından götürülən qatqı daha sonra ən az 60 gün çürütmə mərhələsinə göndərilir və mayalandırılır, bunun nəticəsində isə təbii gübrə əldə olunur. 

Mayalanma əsnasında əvvəlcədən toyuq peyinində olan lakin, bitkilərə birbaşa fayda etməyən bir sıra mikro və makro qida elementləri də, bitkilər üçün yararlı hala gətirilir.

Bioloji fermentasiya (və ya mayalanma) bir maddənin faydalı bakteriyalar, mikroorqanizmlər vasitəsitəsilə bölünüb-parçalanmasına əsalanan bir üsuldur. Bu parçalanma sayəsində bitkilər daha əvvəl qida elementi kimi yararlana bilmədiyi maddələrdən fayadalanır. Bununla yanaşı, bioloji parçalanma prosesinin başlanğıcında və sonrasında bitkilər üçün zərərli olan metan kimi qazlar mühitdən götürülür. 

Nəticədə alınan xammal, yəni mayalandırılmadan əvvəl bitkilərin tam şəkildə qidalana bilmədiyi  və əksinə yandırıcı təsirə malik peyin torpağı, münbit hala gətirilir və bitkilər üçün qida mənbəyinə çevrilən bir maddə halını alır.

Onu da qeyd etmək lazımdır ki, Siyəzən Orqanik gübrəsi digər gübrələrdən 40-60% daha məhsuldar nəticə göstərir. Bu nəticə laboratoriya yoxlamaları və təcrübələr əsasında qeydə alınmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Türkiyənin Təsərrüfat Nazirliyi, Torpaq Gübrə və Su Mənbələri Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən analizlər nəticəsində istehsal prosesinin, beynəlxalq standartları yüksək göstəricilərlə qarşıladığı -  sertifikatla təsdiqlənmişdir.


Xəbərə aid fotolar