Azərbaycan Dillər Universiteti məhkəməyə müraciətlə bağlı məlumat yayıb


Digərləri 31 İyl 2019 10:32:49 195 0

Azərbaycan Dillər Universiteti məhkəməyə müraciətlə bağlı məlumat yayıb

ADU-nun mətbuat xidməti “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı, Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın məhkəməyə verilməsi ilə bağlı açıqlama yayıb.

Bakı. Azərbaycan Dillər Universitetinin mətbuat xidməti “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı, Filologiya və jurnalistika fakültəsinin sabiq dekanı Vüsalə Ağabəyli, sabiq əməkdaş Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın məhkəməyə verilməsi ilə bağlı açıqlama yayıb. Trend-in məlumatına görə, açıqlamada qeyd olunur ki, adıçəkilən şəxslər ötən aylar ərzində dəfələrlə universitet rəhbərliyinə və kollektiv üzvlərinə müxtəlif mətbuat orqanlarında əsassız, böhtan xarakterli fikirlər səsləndirib, bununla da ali təhsil ocağının işgüzar nüfuzuna ziyan vurublar. Xəbərdarlıq olaraq Azərbaycan Dillər Universitetinin Elmi Şurası qərar çıxarıb ki, ali məktəb kollektivinin ayrı-ayrı üzvlərinin ictimai nüfuzuna, eləcə də universitetin işgüzar nüfuzuna xələl gətirən məlumatlar dayandırılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcək. ADU-nun kollektivi yekdil rəylə məhkəməyə müraciət hüququndan istifadə etməyi qərara alıb və adı çəkilən şəxslərlə bağlı iddia qaldırıb.