Türkiyə Suriya ilə sərhəddə "sülh dəhlizi" yaratmağa niyyətindədir


Digərləri 31 İyl 2019 08:31:00 192 0

Türkiyə Suriya ilə sərhəddə "sülh dəhlizi" yaratmağa niyyətindədir

Türkiyə Suriya ilə sərhədini terrorçulardan təmizləməklə "sülh dəhlizi" yaratmaq üçün səy göstərmək niyyətindədir

Bakı. Trend Türkiyə Suriya ilə sərhədini terrorçulardan təmizləməklə "sülh dəhlizi" yaratmaq üçün səy göstərmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekununda qəbul olunmuş bəyanatda deyilir. Bəyanatda Türkiyənin yerli və xarici terror qruplaşmaları ilə qətiyyətlə mübarizəni davam etdirəcəyi də bildirilir, sərhədinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulanır.