Yaşayış binası yanıb


Digərləri 31 İyl 2019 08:24:00 257 0

Yaşayış binası yanıb

Cəlilabad rayonunda yaşayış binası yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb.

Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.