Pakistanda partlayış nəticəsində beş nəfər həlak olub


Dünya 31 İyl 2019 08:28:00 174 0

Pakistanda partlayış nəticəsində beş nəfər həlak olub

Pakistanın Kvetta şəhərində bazarda partlayış olub.

Trend-in məlumatına görə, bu barədə yerli telekanal "Dunya News" bildirib.

Məlumata əsasən, hadisə nəticəsində beş nəfər həlak olub, daha 34 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirlib. Partlayışa səbəb polis maşını olduğu ehtimal edilir.