Koçaryanı azadlığa buraxan hakim vəzifə saxtakarlığında ittiham olunub


Dünya 31 İyl 2019 08:16:00 212 0

Koçaryanı azadlığa buraxan hakim vəzifə saxtakarlığında ittiham olunub

Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryan barədə vəzifə saxtakarlığı ilə bağlı ittiham irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, D.Qriqoryan öncə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi barədə qərar verib.

Baş Prokurorluq Ali Məhkəmə Şurasının Cinayət Məcəlləsinin "saxtakarlıq" maddəsində nəzərdə tutulmuş əməli törətməkdə olan şübhələri əsaslı hesab edərək hakimin cinayət təqibinə razılıq verdiyini bildirib.

Bu maddə üzrə maksimum sanksiya dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.