Gözdən əlillər üçün qeyriadi ixtira


Digərləri 31 İyl 2019 07:55:00 250 0

Gözdən əlillər üçün qeyriadi ixtira

Süni göz - fotoreseptorların məhvi səbəbindən yaşla bağlı yaranan görmə itkisi ilə mübarizə üçün perspektiv vasitədir.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, qeyri-adi qurğu Fransada uğurla sınaqdan keçirilib.

"Pixium Vision" şirkətinin həlli olan süni göz torlu qişanın arxa hissəsinə quraşdırılan və işıqla aktivləşən mikroçipdən və kamera ilə təchiz edilmiş "ağıllı" eynəkdən ibarətdir.

Kamera şəkilləri infraqırmızı siqnallara çevirir və implanta göndərir, sonuncudan isə vizual sinirə ötürülür. Bu, gözdən əlil insanların yenidən görməsinə imkan verir.