"WhatsApp"da bunu da etmək mümkün olacaq Yeni funksiya


Digərləri 31 İyl 2019 07:41:00 264 0

"WhatsApp"da bunu da etmək mümkün olacaq  Yeni funksiya

"WhatsApp"ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, mütəxəssislər indi messencerin "iOS" platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

Məsələn, "WhatsApp" messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq.

Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin "Android" platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.