Sonia Rykiel Moda evi ləğv olunub


Digərləri 31 İyl 2019 07:35:00 223 0

Sonia Rykiel Moda evi ləğv olunub

Parisin kommersiya məhkəməsi müflis olmuş Sonia Rykiel fransız Moda evinin ləğv olunması barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hakimlər bu qərarı müflis olmuş şirkətin səhmlərinin satılmadığına əmin olduqdan sonra verib. Hazırda bu şirkətin 134 əməkdaşı var və brendin Fransa və Monakoda mağazaları, habelə əqli mülkiyyəti və arxivləri mövcuddur. Bütün bunlar satışa çıxarılacaq. Eyni zamanda, brendin hüquqlarını əldə etmək istəyənlər olarsa, şirkət öz fəaliyyətini davam etdirə biləcək.

Sonia Rykiel Moda evi 2016-cı ildən - onun yaradıcısı Soni Rikelin vəfatından sonra maliyyə problemləri ilə üzləşib. 2019-cu ildə şirkət müflis elan edilib. Son aylarda brend sərmayəçilər tapmağa cəhd göstərib, lakin bu səylər uğursuzluqla nəticələnib. Onların arasında Balmain firmasının sabiq direktoru Emmanuel Diemoza, habelə Etam qrupu da olub.

Sonia Rykiel fransız Moda evinin əsası 1968-ci ildə qoyulub. Bu brend qadın və uşaq geyimləri, aksessuarları və ətriyyat istehsal edib.