Dubay yaşayış yerinin kirayəsindən gələn qazanc üzrə liderlər siyahısındadır


Digərləri 31 İyl 2019 07:21:00 235 0

Dubay yaşayış yerinin kirayəsindən gələn qazanc üzrə liderlər siyahısındadır

Dubay yaşayış üçün elit daşınmaz əmlakın kirayəyə verilməsindən ən yüksək gəlir əldə edən şəhərlərin ilk beşliyinə daxil olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə yaşayış yerinin kirayəsindən yüksək qazanc əldə edən şəhərlər Mayami, Los-Anceles, Moskva və Dubay olub.

Ən yüksək gəlir Mayamidə qeydə alınıb. Burada yüksəksəviyyəli yaşayış yerinin kirayəsi mülkiyyətçiyə 5,3 faiz illik gəlir gətirir. Dubayda bu göstərici illik 4,8 faiz təşkil edir. Lider şəhərlərin reytinqinə yüksək göstəriciləri elit obyektlərin alqı-satqısında qiymətlərin nisbətən artımı zamanı kirayənin məbləğinin qismən qalxması təmin edib. Bununla yanaşı, bütövlükdə bahalı kirayə mənzillərə yatırımdan gəlir əldə etmək imkanı getdikcə azalır.