“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşib


Digərləri 31 İyl 2019 07:22:00 188 0

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşib

Avrokuboklarda ölkəmizi təmsil edən “Qarabağ” futbol klubunun III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Bakı. Avrokuboklarda ölkəmizi təmsil edən “Qarabağ” futbol klubunun III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Trend-in məlumatına görə, bunlar Kiprin “APOEL” və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdır. “APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb. “Qarabağ” iyulun 31-də İrlandiyanın “Dundalk” klubu üzərində qələbə qazanacağı təqdirdə, məhz “APOEL”lə qarşılaşacaq. Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa, bu zaman UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Slovan”la qarşılaşacaq.