Rumıniyanın xaricində 9 milyon 700 min rumın yaşayır


Digərləri 31 İyl 2019 02:30:00 246 0

Rumıniyanın xaricində 9 milyon 700 min rumın yaşayır

Rumıniya xaricində 9 milyon 700 min rumın yaşayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rumıniyanın Xaricdə yaşayan rumınlarla iş üzrə nazirliyi 70 diplomatik missiyasından topladığı məlumatlara əsaslanaraq məlumat yayıb.

Bildirilir ki, bunlardan 5 milyon 600 mini diaspor, qalanları isə tarixən rumınların məskunlaşdığı qonşu dövlətlərin ərazisində yaşayır. Miqrasiyanın ən yüksək həddi Rumıniyanın 2007-ci ildə Avropa İttifaqına daxil olması ilə qeydə alınıb. Rumıniyanın ən böyük diasporu İtaliyadadır, burada 1 milyon rumın, Almaniyada 680 min, İspaniyada isə 573 min rumın yaşayır. Miqrasiyanın əsas səbəbi xarici ölkələrdə gəlirlərin daha artıq olması göstərilir.