WiFi texnologiyası 20ci ildönümünü qeyd edir


Digərləri 30 İyl 2019 23:55:00 356 0

WiFi texnologiyası 20ci ildönümünü qeyd edir

1999-cu ildə icad olunan Wi-Fi IEEE 802.11 standartlarına əsaslanan cihazlarla simsiz LAN texnologiyasıdır. Wi-Fi loqotipi "Wi-Fi Alliance"nin ticarət nişanıdır.

Son.az ted.az-a istinadən bildirir ki, Wi-Fi termini əvvəlcə "Hight Fidelity" (Hi-Fi - yüksək dəqiqlik) söz birləşməsini ehtiva edirmiş. "WECA"nın (Qərb Elektrik Podratçıları Birliyi) bəzi mətbuat açıqlamalarında isə "Wireless Fidelity" (simsiz dəqiqlik) sözü yer alıb.  Lakin indi Wi-Fi sözü, ümumiyyətlə, heç bir məna daşımır, sadəcə brendir. Artıq 20 ildir ki, bizə xidmət edən Wi-Fi  həyatımızın ayrılmaz bir parçası olmağı bacarıb. İndi bu qurğu sisteminə 13 milyarddan çox cihaz qoşulub.