Məşhur şirkət bu addımı ilə Avropada birinci oldu


Digərləri 30 İyl 2019 23:40:00 252 0

Məşhur şirkət bu addımı ilə Avropada birinci oldu

"Tetra Pak" şirkəti özünün içki istehsalı sahələrində kağız boruların pilot testlərinə başladığını elan edib.

Son.az facemark.az-a istinadən bildirir ki, press-relizdə deyilir ki, kompaniya bu addımı ilə, Avropda birinci olub.

Firma test mərhələsi başa çatdıqdan sonra, plastik borulara alternativ istehsalçılar ilə əməkdaşlığı davam etdirmək ilə bağlı nəticəni elan edəcək.

Kağızdan hazırlanan sertifikatlaşdırılmış borular qalan qablaşdırma ilə birlikdə təkrar istehsal oluna bilər.

Bildirilir ki, birinci mərhələdə belə kağız borular süd məhsulları və uşaqlar üçün nəzərdə tutulmuş qablaşdırmada olacaq.