Azərbaycan nefti cüzi bahalaşdı


Digərləri 30 İyl 2019 23:30:00 229 0

Azərbaycan nefti cüzi bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 65,78 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.