Deyirlər ki, qadın dünyaya uşaq gətirəndə günahları bağışlanır...


Digərləri 30 İyl 2019 23:15:00 259 0

Deyirlər ki, qadın dünyaya uşaq gətirəndə günahları bağışlanır...

Deyirlər ki, qadın dünyaya uşaq gətirəndə bütün günahları bağışlanır. Bu söz doğrudursa, həm normal, həm də qeysəriyyə əməliyyatı ilə baş verən doğuşlara aiddir?

İslamda qadının ən ülvi və müqəddəs mərtəbəsi analıq məqamıdır. Halal yolla övlad sahibi olmaq, onu dünyaya gətirmək, gözəl şəkildə, Allahın istədiyi qaydalar üzrə tərbiyə etmək valideyn üçün ən böyük savab sayılır.

Son.az islam.az-a istinadən bildirir ki, bu məzmunda çoxlu hədis vardır. Öz övladına yaxşı ad qoymuş, gözəl tərbiyə vermiş və evləndirmiş (ərə vermiş) valideyn cənnətlik sayılır. Üç, hətta iki və hətta bir qız uşağını gözəl şəkildə böyüdüb gəlin köçürən ata hədislərdə cənnətə layiq və hətta Peyğəmbərlə bərabər hesab edilib. Ananın uşaq dünyaya gətirərkən o vaxta kimi olub-keçmiş günahlarının bağışlanması barədə də hədislər vardır. Doğuşun nə şəkildə olması fərq etməz; istər normal yolla, istərsə də, qeysəriyyə yolu ilə olsun. Əlbəttə, bütün bunlar valideyni məsuliyyətdən azad etmir. Valideyn bundan sonrakı hərəkətlərinə, övladına, ətrafdakı insanlara və ən əsası, Allaha qarşı münasibətinə görə dünya və axirətdə cavabdehlik daşıyır.