Apple artırılmış həqiqət eynəyinin patentini aldı


Digərləri 30 İyl 2019 23:10:00 230 0

Apple artırılmış həqiqət eynəyinin patentini aldı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkətinin, yeni bir artırılmış həqiqət eynək patenti ortaya çıxdı. Standart bir artırılmış həqiqət eynəyinə əlavə fərqli xüsusiyyətləri də olan patent faylı, Apple şirkətinin sonunda artırılmış həqiqət eynəyi sektoruna daxil olacağının ipuclarını verdi.

Apple kompleks bir artırılmış həqiqət dəstinin patentini aldı. Patent böyük ehtimalla istifadəçilərin mimikalarını, gözlərini və əllərini izləməyə yarayacaq. Variety portalının nəşr etdiyi xəbərdə, patent faylının 2019-cu ilin mart ayında hazırlandığı ifadə edildi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Apple şirkətinin artırılmış həqiqət mövzusundakı bu patenti, başınıza taxa bildiyiniz bir ekranı saxlayır. Kameraların və sensorların da iştirak etdiyi cihaz, insanın gözlərini izləyir. Birlikdə işləyən komponentlər isə, 3D təsvir meydana gətirərək dünyadakı kimi bir görünüşü istifadəçiyə göstərir. Bunlardan başqa bir çox potensial imkanı var.

Gözə taxılan bir cihazla yanaşı əllərin mövqeyini və formasını qəbul edəcək bir cihazdan da bəhs edilir. Bundan əlavə qaş və çənə üçün də sensorların ola biləcəyi ifadə edilir. Bundan əlavə, başınızın mövqeyini hesablayan sensorlarla da gerçək dünyadakı işıq vəziyyətlərinin hesablanacağı deyilir.