“Facebook”un xalis mənfəəti hökumətin təzyiqi fonunda iki dəfə azalıb


Digərləri 30 İyl 2019 22:40:00 264 0

“Facebook”un xalis mənfəəti hökumətin təzyiqi fonunda iki dəfə azalıb

"Facebook" kompaniyası cari ilin ikinci rübü və birinci yarısı ilə bağlı maliyyə hesabatını təqdim edib. Hər iki dövrdə sosial şəbəkəni xalis mənfəəti iki dəfə azalıb.

Son.az facemark.az-a istinadən bildirir ki, apreldən iyun da daxil olmaqla bu göstərici 2,6 milyard dollar təşkil edib, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 49% azdır.

Yanvar-iyun aylarında isə şirkətin mənfəəti 5 milyard dollara qədər düşüb. Ötən il isə bu göstərici 10 milyard dollar təşkil etmişdi. Bu dövrdə şirkətin gəliri 27% artaraq 32 milyard dollara çatıb.

"Facebook"un mənfəətində azalma isə cərimə ilə bağlıdır. Belə ki, daha əvvəl onu ABŞ-ın Federal Ticarət Kommissiyası cərimə etmişdi. 87 milyon istifadəçinin məlumatlarının itkisinə görə, şirkət tənzimləyiciyə 5 milyard dollar ödəməyə məcbur olub. Hesabatda qeyd olunur ki, ikinci rüb üçün bu cərimənin 2 milyard dolları ayrılıb, qalan məbləğ 3 milyard isə qarşıdakı üç ayda ödəniləcək.

"Campaign" yazır ki, şirkət istifadəçi konfidensiallığının yaxşılaşdırılmasına pul ayırmasına baxmayaraq, ilin sonunda "Facebook"un reklamdan gəlirləri 22,5% artacaq. Cari ilin ikinci rübündə bu göstərici 16,6 milyard dollar təşkil edir, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 28% daha çoxdur. Ancaq bu sahədə dinamika zəifləyib. Belə ki, 2018-ci ildə reklamdan gəlirlərin rüblük artımı 42% təşkil edib.