Görmə qüsuru olanlar üçün ümidverici cihaz


Digərləri 30 İyl 2019 22:10:00 258 0

Görmə qüsuru olanlar üçün ümidverici cihaz

Araşdırmaçılar görməklə əlaqədar beyində zərər meydana gəlməyən ancaq gözlərindəki problem səbəbiylə görmə qüsuru olanlar üçün böyük ümid vəd edən bir texnologiya yaratdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, görmə qüsuru olanların yaşadığı bu problemin fərqli səbəbləri ola var. Doğuşdan görməklə əlaqədar beyin zədələnməsi qisimində problem yaşayanlardan başqa, geri qalan insanlarda beyinin bu qisimi problemsiz şəkildə işləyir. Gözlərdən hər hansı bir məlumat mesajı olmadığı üçün bu insanlar görə bilmir.

Orion adı verilən bir cihazı yaradan elm insanları, görmə funksiyasını cihazda olan kameranı istifadə edərək reallaşdırır. Kameradan gələn görünüşlər birbaşa görməklə əlaqədar korteks təbəqəsinə siqnal olaraq göndərilir. Bu siqnalları işləyən beyin, görmə əməliyyatını reallaşdıra bilir.

Aparılan sınaqlarda, müalicəsinə başlanan altı adamın hamısı görmə qabiliyətini əldə etdi. Mütəxəssislər, Orion cihazı sayəsində gələcəkdə digər maneəli insanlara da ümid olmağı ümid edir.