“Mail.ru Group”un reklam gəlirləri ikinci rübdə 22,5% artdı


Digərləri 30 İyl 2019 21:40:00 218 0

“Mail.ru Group”un reklam gəlirləri ikinci rübdə 22,5% artdı

2018-ci ilin ikinci rübünün nəticələrinə görə, "Mail.ru Group"un reklam gəliri illik hesablamada 22,5% artıb və 8,4 milyard rubla çatıb.

Son.az facemark.az-a istinadən bildirir ki, bu haqda IFRS təşkilatının (Beynəlxalq Maliyyə Hesabatları Standartları) məlumatında deyilib.

Ötən ilin anoloji dövründə reklam holdinqə 7,3 milyard rubl gətirmişdi. Bu isə 2017-ci ilin aprel-iyun ayları ilə müqayisədə 37% artım demək idi. Şirkətin ümumi gəliri isə 2019-cu ilin ikinci rübündə 20 milyard rubla çatıb. Bu isə ötən illə müqayisədə 22,9% artım deməkdir. Hesabata Delivery Club və Esforce göstəriciləri əlavə edilməyib. EBITDA üzrə aprel-iyun ayları ərzində gəlir 7,2 milyard rubla çatıb, illik artım isə 21,6%-dir.

"Vkontakte", "Odnoklassniki", "Mail.ru" poçt xidməti və BOOM musiqi tətbiqinin daxil olduğu kommunikasiya və sosial şəbəkə seqmenti şirkətə ötən ilin anoloji dövrü ilə müqayisədə 12,9% daha çox gəlir gətirib və 11,7 milyard rubla yüksəlib.