Sümük əriməsini önləyən qidalar


Digərləri 30 İyl 2019 21:20:00 224 0

Sümük əriməsini önləyən qidalar

Sağlam qidalanma, sümük əriməsinin önlənməsinə və idarə olunmasına köməkçi ola bilər.

Osteoporoz, sümüklərin zəif və kövrək hala gəlməsinə səbəb olur. Osteoporozla əlaqəli qırıqlar ən çox omba, əl biləyi və ya onurğada müşahidə olunur.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər canlı toxumasında olduğu kimi, sümüklər də qidalara ehtiyaclıdır. Osteoporozun həm idarə olunmasında həm də önlənməsində əsas komponent yaxşı bəslənmədir.

Araşdırmalar daha çox tərəvəz və meyvə yeməyin sümük sağlamlığını yaxşılaşdırdığını göstərir. Tərəvəz və meyvələrin qida məzmunu ümumiyyətlə kalori və yağ baxımından aşağıdır və lif, vitamin və mineral baxımından yüksək göstəriciyə malikdir. Bundan əlavə, osteoporoz daxil olmaqla müxtəlif xəstəliklərə qarşı qorunmağa köməkçi ola biləcək fito-kimyəvi maddələr ehtiva edir.

Hər gün dörd və ya daha çox boşqab tərəvəz və üç boşqab meyvə yeyin. Meyvə və tərəvəzlər mükəmməl maqnezium, kalium və C, K və A vitaminləri mənbəyidir. Bunları sümük sağlamlığının qorunmasında mühüm rol oynayır.

Bundan əlavə gündəlik dənli qidalar yeyin. Mümkünsə kəpəkli dənli qidalar seçin, çünki kəpəkli dənli qidalar, maqnezium və lif ehtiva edir.