Kişilər bu qidaları az yeməlidir. Cinsi zəiflik yaradır


Digərləri 30 İyl 2019 21:02:00 275 0

Kişilər bu qidaları az yeməlidir. Cinsi zəiflik yaradır

Mütəxəssislərin fikrinə görə, bəzi qida məhsullarının çoxlu miqdarda qəbulu kişilərdə potensiyanın azalmasına səbəb olur.

Rusiya androloqları belə məhsulların siyahısını hazırlayıb.

Son.az saglamolun.az-a istinadən kişilərdə potensiyanı azaldan məhsulların siyahısını təqdim edir:

- Lobya, mərci, noxud, soya. Bu məhsulların insan sağlamlığı üçün çox böyük faydası olsa da, onların çoxlu miqdarda qəbulu kişilər üçün ziyanlıdır. Bunun səbəbi paxlalıların tərkibində olan fitoestrogenlərdir. Bu maddələr orqanizmə qadın hormonlarına bənzər təsir edir ki, nəticədə kişilərdə testosteronun ifrazı azalır. Yenə də təkrarlayaq ki, bu yalnız tez-tez və çoxlu miqdarda istehlakı zamanı mümkündür.

- Mayalı çörək və digər mayalı un məmulatları. Mayanın həddindən artıq çoxlu miqdarda istehlakı da əsas kişi hormonu olan testosteronun ifrazını azaldır.

- Şəkər və şirniyyatlar. Damarların qənimi olan şəkər həmçinin kişi cinsiyyət sistemində damarları zədələyərək müxtəlif pozulmalara səbəb olur.