Asus ROG Phone 2 oyun smartfonunun qiyməti məlum oldu


Digərləri 30 İyl 2019 21:05:00 368 0

Asus ROG Phone 2 oyun smartfonunun qiyməti məlum oldu

"Asus ROG Phone 2" 870 dollar qiymətinə təklif olunacaq.

Bu günlərdə geymerlər (oyunçular) və təcrübəli Android istifadəçiləri üçün nəzərdə tutulmuş "Asus ROG Phone 2" oyun smartfonu təqdim edilib.

Son.az ted.az-a istinadən bildirir ki, istehsalçı cihaz barədə bütün detalları paylaşıb, yalnız qiymət kimi vacib bir məqam kadr arxasında qalıb. Tanınmış insayder Mukul Şarma (Mukul Sharma) özünün "Twitter" səhifəsində "Asus ROG Phone 2" telefonunun 870 dollar qiymətə təklif olunacağı barədə məlumat dərc edib.

Xatırladaq ki, smartfon 6,59 düym diaqonallı 2340x1080 piksel göstəriciləri olan AMOLED ekran, "SoC Snapdragon 855 plus", 12 GB operativ yaddaş LPDDR4X və 512 GB UFS 3.0 fləş yaddaşa sahibdir.