Avtomobillər toqquşdu - 2 ölü, 2 yaralı


Digərləri 30 İyl 2019 20:55:00 190 0

Avtomobillər toqquşdu - 2 ölü, 2 yaralı

İranın şimalında Gilan vilayətinin Fumən-Səravan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elnur Bağışov - İranın şimalında Gilan vilayətinin Fumən-Səravan yolunda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində 2 nəfər həlak olub. Hadisəni təsdiqləyən Gilan vilayətinin yol polisi rəisi polkovnik Hüseyn Məhəmmədpurun sözlərinə görə, insident zamanı daha 2 nəfər yaralanıb. Məlumata görə, "Pride" markalı avtomobil "Pride 132" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində "Pride 132" markalı avtomobil qarşı yola çıxaraq "Samand" markalı avtomobillə toqquşub.