Tovuzda milli kartof sortlarının toxumları yetişdirilir (FOTO)


Digərləri 30 İyl 2019 20:41:26 233 0

Tovuzda milli kartof sortlarının toxumları yetişdirilir (FOTO)

Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.

Bakı. İlhamə İsabalayeva - Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, institutun Şəmkir Dayaq Məntəqəsi ilə yanaşı, Tovuz rayonunda yerləşən Təcrübə Stansiyasının dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış “Telman”, “Sevinc”, “Əmiri-600” sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir. Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada aparılıb.