“Cannes Lions”un gəlirləri yenidən artmağa başladı


Digərləri 30 İyl 2019 20:40:00 229 0

“Cannes Lions”un gəlirləri yenidən artmağa başladı

"Cannes Lions" festivalının təşkilatçısı, Britaniya şirkəti "Ascential" 2019-cu ilin birinci yarısı ilə bağlı maliyyə hesabatını təqdim edib.

Son.az facemark.az-a istinadən bildirir ki, bu il şirkət festivalın gəlirləri haqqında ayrıca hesabat təqdim etməyib. O marketinq seqmentinə daxil olur, bu seqmentdən gəlirlər isə ümumilikdə £100,5 mln. təşkil edib. ($124,6 mln., £1=$1,24 məzənnə ilə)

2018-ci ildə marketinq seqmenti "Ascential"a £80,7 mln. ($100 mln.) gətirib. 2019-cu ildə gəlirlərin orqanik artımı 13% təşkil edib, amma marketinq seqmentindən mənfəət isə 23% artım göstərib. "Ascential"ın hesabatında "Cannes Lions"dan gələn gəlirin, ümumi marketinq gəlirlərində hansı hissəni təşkil etdiyi haqqında məlumat yoxdur.

Şirkət izah edir ki, bu istiqamət üzrə gəlirlərin artmasının səbəbi festival və "Ascential"ın "MediaLink" şəxsi agentliyinin göstərdiyi yüksək nəticələr olub. İlk yarımillikdə gəlirlərdə artımı üç istiqamət əldə edib, amma artımın dinamikası haqqında məlumat verilmir. "Ascential"dan isə deyirlər ki, belə yüksək nəticəyə, həmçinin onlar nominasiyaların resturkturizasiyası və beşgünlük qısa bir dövr üçün festivalın yenidən istiqamətləndirilməsi səbəb olub. Gəlirlərdə artımı iştirakçıların ödənişləri ən çox təsir edən olub, 39%. Şirkətdən qeyd ediblər ki, "İlin kreativ brendi" yeni nominasiyası sifarişlərin artmasına kömək olub. Gəlirlərin böyük bir hissəsi isə iştirakçı biletlərindən əldə edilib -38%. Onlayn giriş və partnyor əməkdaşlığından gələn gəlirlər isə 23% artım göstərib. Festivalın rəqəmsal məhsulları 2018-ci ildə alınan WARC xidmətinin köməyi ilə artıb.

"Cannes Lions"un, həmçinin istehlakçı inam indeksi artıb. Hesabatda qeyd olunur ki, festival rekord nəticə əldə edib. 69 bal.