Oppo qatlana bilən ekranlı ağıllı saatının təsvirini paylaşdı


Digərləri 30 İyl 2019 20:20:00 221 0

Oppo qatlana bilən ekranlı ağıllı saatının təsvirini paylaşdı

Ağıllı saat bazarında uzun müddətdir hakimiyyəti əlində tutan Apple və ən böyük rəqibi Samsung, yeni bir rəqiblə mübarizə etmək məcburiyyətində qalacaq deyəsən. Oppo yeni bir dizayn hazırladı.

Son.az deyerler.org-a istinadən bildirir ki, müasir dünyanın texnoloji möcüzələrindən biri də ağıllı saatlardır. Xüsusilə Apple Watch və Samsung şirkətnin ağıllı saatları, bazarın hakimi mövqeyində var. Çin şirkəti Oppo, bu sahədə yenilikçi və iddialı bir addımla nəhəng rəqiblərinə meydan oxuyur.

Oppo şirkətnin yeni paylaşdığı patentli ağıllı saat dizaynında ilk diqqət çəkən element ekrandır. Çəkilib açıla bilən bu ekran, istifadə edilə bilən sahəni ikiqatına çıxarır. Oppo şirkətnin bu dizaynı, bu ayın əvvəlində IBM tərəfindən hazırlanan dizaynı xatırladır.

Açıqlanan patentlərə görə, ekranboyu böyüməsinə baxmayaraq ekranın genişliyi sabit qalır. Qatlana bilən ekran, saatın bir kənarında toplanır.