Avstraliyada təyyarə işıq dirəyi ilə toqquşdu


Dünya 30 İyl 2019 20:27:00 267 0

Avstraliyada təyyarə işıq dirəyi ilə toqquşdu

Avstraliyanın Pert şəhərində təyyarə hava limanında işıq dirəyi ilə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə təyyarə yerdə hərəkət edərkən baş verib.

İnsident zamanı təyyarədə 62 sərnişin və 4 heyət üzvü olub. Xəsarət alanların olmadığı deyilir.

Hava limanından təyyarənin burun hissəsinin ziyan gördüyü deyilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.