Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış


Digərləri 30 İyl 2019 20:15:00 414 0

Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış

Azərbaycanlı alimlər və Nəcəfdəki İmam Əli (ə) hərəmi

XIX-XX əsrlərdə bir neçə azərbaycanlı alim Nəcəfdəki İmam Əli (ə) hərəmində qılınan camaat namazlarına imamlıq etmək şərəfini qazanmışdı. Belə ki, Şeyx İbrahim Badkubeyi, Mühəmməd Əli Naxçıvani, Əbülqasim Ordubadi və b. hərəmdə imam-camaatlıq etmişlər.

Son.az islam.az-a istinadən bildirir ki, İmam Əlinin (ə) mübarək hərəminin hücrələrində dəfn edilmiş şəxslərin arasında ən azı 13 nəfər həmyerlimizin olması dəqiq məlumdur:

1. Şeyx Mühəmməd Əli Naxçıvani (1852-1916) - İmran məscidinə bitişik hücrələrin birində.

2. Ayətullah Mühəmməd Hüseyn Naxçıvani İsfahani Ğərəvi Kompani (1878-1942) - qızıl eyvanın altında, şimal minarəsinin yanındakı kiçik hücrədə, Əllamə Hillinin məzarının yanında.

3. Seyyid Mustafa Musəvi Naxçıvani (vəf. 1919) - Həzrət Əlinin (ə) məzarının arxasında, "Alimlər eyvanı"nın yaxınlığında.

4. Şeyx Əbülqasim Ordubadi (1857-1915) - 22 saylı hücrədə.

5. Şeyx Mühəmməd Əli Ordubadi (1895-1960) - 23 saylı hücrədə (böyük qapıdan (Bab əl-kəbir) sol tərəfdə).

6. Şeyx İbrahim Lənkərani (vəf. 1896) - qiblə tərəfdəki hücrələrdən birində.

7. Ayətullah Əbdülğəffar Lənkərani (vəf. 1956) - onun məzarının yanında.

8. Seyyid Rza Musəvi Lənkərani (1834-1904) - hərəmin həyətində Tusi qapısı istiqamətindəki 50 saylı hücrədə.