Təbii ağrıkəsici Nektarinin inanılmaz faydaları


Digərləri 30 İyl 2019 20:09:00 477 0

Təbii ağrıkəsici  Nektarinin inanılmaz faydaları

Bazarda "tüksüz şaftalı" kimi məşhur olan nektarin çox fərqli bir meyvədir. Çin və şərqi Asiyadan süfrələrə ayaq açan bu meyvə olduqca faydalıdır.

Yayın C vitamini ilə zəngin olan, ən sevilən meyvələrindəndir. Medicina.az bu sirli meyvənin faydalarını təqdim edir.

Nektarin xaricdən şaftalıya bənzəyir, amma onun üstü tüksüz və daha sığallı olur. Nektarinin tərkibində fruktoza, saxaroza, orqanik turşular (alma və sirkə), polifenol, C və P vitaminləri, pektin maddəsi, fosfor, kalium, kalsium, maqnium, dəmir, kükürd və s. var. O daxili sekresiya vəzilərinin fəaliyyətini artırır, pis və çətin həzm olunan yağların orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nektarinin tərkibində olan A və E vitaminləri, antioksidantlar dərinin elastikliyini artırır