İsrail İranın hərbi bazasını bombaladı


Dünya 30 İyl 2019 19:51:00 232 0

İsrail İranın hərbi bazasını bombaladı

İsrail İraqın paytaxtı Bağdadın şimal-şərqindəki "Əşrəf" hərbi düşərgəsində İranın raket qurğularının yerləşdiyi deponu bombardman edib.

Son.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Şərkül Övsət" qəzeti informasiya yayıb.

Xəbərdə bildirilib ki, düşərgə İsrail sərhədindən 80 km məsafədə yerləşir. Hərbi bazada İranın iki rəsmi nümayəndəsi də olub.

İranın "Fars" rəsmi xəbər agentliyi Haşdi-Şabi qaynaqlarına istinadən verdiyi xəbərdə bazaya hücumla bağlı məlumatı təkzib edib. Təşkilatın komandiri Talib Əl-Musəvi bildirib ki, düşərgədəki təchizatların bəziləri partladılıb, lakin bazaya hücum olunmayıb.