Ali məktəbə qəbul olmaq istəyən 7000ə yaxın abituriyent ərizəsini təsdiq etməyib


Digərləri 30 İyl 2019 19:41:13 245 0

Ali məktəbə qəbul olmaq istəyən 7000ə yaxın abituriyent ərizəsini təsdiq etməyib

İndiyədək ali məktəbə qəbul üçün ixtisas seçiminə buraxılan 6880 abituriyent elektron ərizəsini təsdiq etməyib.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi 6 avqust saat 23.59-dək internet vasitəsilə aparılacaq.

I qrup 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

30 iyul saat 14.30-a olan məlumata əsasən I-IV ixtisas qrupları üzrə 29040, V ixtisas qrupu üzrə 4006 olmaqla ümumilikdə 33046 elektron ərizə (o cümlədən 6130 subbakalavr ərizəsi) təsdiq olunub. 6880 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 7 gün vaxt qalıb və 6 avqust saat 23.59-dək davam edəcək.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.