Sayğac alışdı, 8 ton ot bağlamasını da kül etdi


Digərləri 30 İyl 2019 19:40:00 191 0

Sayğac alışdı, 8 ton ot bağlamasını da kül etdi

Tərtərdə yanğın baş verib.

Bakı. Tərtərdə yanğın baş verib. Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Hüsənli kəndində həyətyanı sahədə 14 ton ot bağlamasının 8 tonu və hasara quraşdırılan 1 ədəd elektrik sayğacı yanıb. Məlumata görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.