“Donuz ili”nin son 5 ayına PROQNOZ: “Bu məmurlar işdən çıxarılacaq, devalvasiya isə…”


Digərləri 30 İyl 2019 19:29:00 234 0

“Donuz ili”nin son 5 ayına PROQNOZ: “Bu məmurlar işdən çıxarılacaq, devalvasiya isə…”

Artıq 2019-cu ilin ikinci yarısıdır. İlin əvvəlində elan olunduğu kimi, astroloji baxımdan 2019-cu il sarı donuz ili hesab olunur.

Bəs, ilin ikinci yarısında bizi nələr gözləyir? Donuz ilinin sonu ölkəmizə nələr vəd edir?

Son.az bildirir ki, "Qoroskop" qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli bu barədə proqnozlarını modern.az-a açıqlayıb. Onun sözlərinə görə, ilin əvvəlindəki hadisələrdən aydın olduğu kimi, qaban ili nisbətən sakit və barışdırıcı ildir:

"Münaqişələrə nöqtə qoyulan, qarşıdurmalarda qalibin qalibiyyət elan etdiyi vaxtdır. İntriqalardan qaçan, dürüst, ağıllı, zəhmətkeş insanların ilin ikinci yarısında da bəxti gətirəcək, onlar daha şanslı olacaqlar. Qətiyyətli, ötkəm, həqiqətpərəst olmaq lazımdır. Astroloji bilgilərə görə, su və od ünsüründən olan bürclər bütün il boyu şanslı bürclərdir. Başda isə qoç və əqrəb gəlir, çünki ilin planeti Marsdır, o iki bürc də Marsın himayəsindədir. Bilməyənlər üçün deyim ki, od ünsürü qoç, şir, oxatan, su ünsürü isə xərçəng, əqrəb və balıqlardır. İllərin də uğurluları var ki, 2019-cu ildə qaban, pişik, keçi - bəzən buna donuz, dovşan, qoyun da deyirlər - şansı illərdir. Əslində dediyim uğurlu, uğursuz məsələsi də doğru olmaz, çünki ilin özünün dürüst olmaq, fikrini açıq demək kimi kodları, şifrələri var. Hansı ildə doğulmağından asılı olmayaraq, kim nəbzi tutsa, onun üçün bütün il yaxşı keçəcək".

Rəhimli hazırda davam edən qaban ilinin ruzi-bərəkətli il olduğunu diqqətə çatdıraraq qeyd edib ki, 12 zodiak ili arasında ən az boşanma məhz bu ildə olur: "Bu il insanların daha çox doğulduğu ildir. Bəzi illər var, bətndə uşağın yetişməsi, hamiləlik çox çətin keçir, bəzən pozulmalara gətirib çıxarır. Qaban ilində adətən belə olmur, dünyaya sağ-salamat, güclü uşaqlar gəlir. Yeri gəlmişkən, elə ilin birinci yarısında Azərbaycanın 10 milyonuncu sakini doğuldu. Bunu da cari ilin müsbət hadisələrindən biri kimi yadda qaldı".

Astroloq 2019-cu ilin ikinci yarısında Azərbaycanında siyasi cəhətdən gözləniləcək məqamları da açıqlayıb: