Bakıda yol polisləri vətəndaşın həyatını belə xilas etdilər VİDEO


Digərləri 30 İyl 2019 19:07:00 277 0

Bakıda yol polisləri vətəndaşın həyatını belə xilas etdilər  VİDEO

Bakının Qaradağ rayonu ərazisində yol polisləri gün vuran vətəndaşın həyatını xilas ediblər.

Son.az bildirir ki, Qaradağ Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yolu keçmək istəyən zaman yaşlı kişinin halı pişləşib və o, magistral yolun ortasında yıxılıb.

Bu zaman mülki avtomobildən düşən bir şəxs ona yaxınlaşır, kömək etmək istəyir. Dərhal hadisə yerinə 99 YP 258 dövlət nömrə nişanlı YPX avtomobildə xidmət aparan Qaradağ rayon DYPŞ-nin əməkdaşları gəlirlər.

YPX əməkdaşları halı pisləşən şəxsi patrul avtomobilinə qoyaraq xəstəxanaya çatdırıblar.