Bakıda lombarda silahlı basqın edildi:


Kriminal 30 İyl 2019 18:56:00 227 0

Bakıda lombarda silahlı basqın edildi:

İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.

Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.

Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.

Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.