3 min qurbağa müsadirə edildi


Digərləri 30 İyl 2019 17:22:00 242 0

3 min qurbağa müsadirə edildi

Türkiyənin cənub-şərqindəki Adıyaman vilayətində polis 3 min diri qurbağa müsadirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, polis yolda şübhəli avtomobili saxlayıb.

Axtarış zamanı qurbağaların olduğu kisələr aşkar edilib. Məlum olub ki, həmin şəxslər qurbağaları hotellərə satmağa hazırlaşırmış.

Hadisə ilə əlaqədar dörd nəfər saxlanılıb, onlar 600 lirə məbləğində cərimələnib. Müsadirə olunan qurbağaların təbiətə buraxılacağı deyilir.