Poroşenko: “Mənə qarşı heç bir cinayət işi qaldırılmayıb”


Dünya 30 İyl 2019 17:28:00 232 0

Poroşenko: “Mənə qarşı heç bir cinayət işi qaldırılmayıb”

Ukraynanın eks-prezidenti Petro Poroşenko bəyan edib ki, ona qarşı heç bir cinayət işi qaldırılmayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, eks-prezident bu gün "Ukrayna həqiqətləri" qəzetində yayımlanan müsahibəsində deyib:

"Mən qeyd edirəm ki, Petro Poroşenkoya qarşı heç bir cinayət işinin açılmayıb. Petro Poroşenkonun guya qanunu pozduğuna dair bir fakt da yoxdur".

Qeyd edək ki, bundan öncə Ukrayna Dövlət Təhqiqat Bürosunun direktoru Roman Trub büroda P.Poroşenko və digər yüksək vəzifəli şəxslərə qarşı 11 cinayət işinin araşdırıldığını bildirmişdi.