6 aylıq hamilə arvadını öldürdü


Dünya 30 İyl 2019 16:22:00 236 0

6 aylıq hamilə arvadını öldürdü

Türkiyənin Konya şəhərinin Seydişehir qəsəbəsində Suriya əsilli bir kişi evdə gördüyü ilanı vurmaq istəyərkən iddiaya görə, səhvən 6 aylıq hamilə həyat yoldaşını öldürüb.

Son.az Milliyet- istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 

Ali El Arid (28) evin içində gördüyü ilanı öldürmək üçün divardan asılı olan tüfəngini götürərək atəş açarkən evdə olan arvadı Zeyneb El Aridi (21) kürəyindən vurub.

Ağır yaralanan gənc qadın hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.