ADU-da “Açıq qapı” günləri keçirilib (FOTO)


Digərləri 30 İyl 2019 16:13:53 259 0

ADU-da “Açıq qapı” günləri keçirilib (FOTO)

29-30 iyul tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri keçirilib.

Bakı. 29-30 iyul tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, öncə universitetin tanıtım çarxı nümayiş olunub. Elm və innovasiya məsələləri üzrə prorektor Sevinc Zeynalova universitetin rəhbərliyi adından qonaqları salamlayıb. ADU-nun nüfuzundan söz açan natiq qeyd edib ki, hər bir abituriyent qarşısına qoyduğu məqsəd və vəzifəyə çatmaq üçün ixtisas seçimində diqqətli olmalıdır. Azərbaycan Dillər Universiteti abituriyentlərə geniş imkanlar açır. Hər kəs əyani şəkildə universitetin maddi-texniki bazası ilə tanış ola bilər. Yaradılan şərait müəllim və tələbələr üçün mühüm imkanlara yol açır. Təşkilati məsələlər üzrə rektorun müşaviri Seyfəl Həsənov artıq burada olan abituriyentlərin ixtisas seçimini etdiyindən yəqinliyini vurğulayıb: “Əgər abituriyent burda – universitetdədirsə, demək, artıq fikrini qətiləşdirib. Sadəcə olaraq, əyani surətdə fikrinin doğruluğuna bir daha əmin olmaq istəyir”. Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov abituriyentlərə uğurlar arzulayıb, ADU-nu seçməkdə böyük uğura sahib olacaqlarını söyləyib. Onların gələcəkdə iş imkanlarının, karyera yüksəlişinin məhz ADU-dan keçməsinin zəruriliyini vurğulayıb.