Sərnişinin çantasından çıxanlar polisi şoka saldı


Dünya 30 İyl 2019 15:49:00 260 0

Sərnişinin çantasından çıxanlar polisi şoka saldı

ABŞ-ın Merilend ştatındakı hava limanında qəribə hadisə baş verib.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, yoxlama zamanı sərnişinlərdən birinin çantasından roketatar çıxıb.

Dərhal sərnişinlər ərazidən uzaqlaşdırılıblar. Məlumata görə, Küveytdən gələn sərnişin sorğu-sual edilib.

O, raket qurğusunun Küveyt səfərindən xatirə olduğunu bildirib. Adı açıqlanmayan sərnişinin ABŞ ordusunda yüksək rütbəli zabit olduğu bildirilir.  Bununla belə, raket qurğusu polisin nəzarətinə götürülüb.


Xəbərə aid foto