Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib


Digərləri 30 İyl 2019 15:00:00 230 0

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

Zakir Həsənov Pakistanın Federal Müdafiə naziri Pervez Xattaka, Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata və Ordu komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

Bakı. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri Pervez Xattaka, Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata və Ordu komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyindən Trend-ə məlumat verilib. Başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin