Kosmetoloq qadının qaşlarını bu hala saldı "Angry birds"ə oxşayıram" FOTO


Digərləri 30 İyl 2019 13:42:00 223 0

Kosmetoloq qadının qaşlarını bu hala saldı  "Angry birds"ə oxşayıram"  FOTO

Kosmetoloq 37 yaşlı qadının qaşlarını eybəcər formaya salıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, dincəlmək üçün İspaniyanın Tenerife adasını seçən uelsli qadın kosmetoloqun səriştəsizliyinin qurbanı olub.

4 min dollar xərcləyərək İngiltərədən tətil üçün İspaniyaya yollanan qadın ailəvi fotolarda daha yaxşı görünmək üçün kosmetoloqa müraciət edib. Lakin kosmetoloq "qaş düzəldən yerdə, vurub gözü də çıxarıb".

"Bilmirəm gülüm ya ağlayım. "Angry birds" oyunundakı quşlara oxşayıram. Qaşlarım bərbad günə qalıb. Ətrafımdakı hər kəs məni ələ salır", - 37 yaşlı Colline Rees söyləyib.


Xəbərə aid fotolar