Azərkosmos bu il 18,6 milyon dollarlıq xidmət göstərib


Digərləri 30 İyl 2019 13:48:00 246 0

Azərkosmos bu il 18,6 milyon dollarlıq xidmət göstərib

2019-cu ilin yanvar-iyun aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 19 ölkəsinə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Son.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib.

2019-cu ilin iyun ayında isə "Azərkosmos" ASC tərəfindən dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziyadır.