Qadın 5 il əvvəl boşandığı ərinə böyrəyini bağışladı "Uşaqlarımın atasız böyüməsini istəmirəm" FOTO


Dünya 30 İyl 2019 13:37:00 243 0

Qadın 5 il əvvəl boşandığı ərinə böyrəyini bağışladı  "Uşaqlarımın atasız böyüməsini istəmirəm"  FOTO

İngiltərədə film səhnələrini xatırladan olay yaşanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londonun Brumli səmtində yaşayan qadın illər əvvəl boşandığı həyat yoldaşına böyrəyini verib.

43 yaşlı Kelly Hope adlı qadın 5 il əvvəl boşandığı yoldaşının həyatını xilas edib. O, ölüm ayağında olan Dan Pyatt-a böyrəyini bağışlayıb.

"Uşaqlarımın atasız böyüməsini istəmirəm", - deyən qadın əməliyyatdan sonra peşman olmadığını söyləyib.

"O, mənə deyirdi ki, bunu səndən xahiş edə bilmərəm. Amma mən qərarlı olduğumu söylədim və təhlükələri gözə alaraq əməliyyat olundum. Bir daha görüşə bilməsək belə, uşaqlarımın atasız böyüməsinə hazır deyiləm".