Bakıda 2 nəfər intihar etmək istədi


Digərləri 30 İyl 2019 13:09:00 203 0

Bakıda 2 nəfər intihar etmək istədi

Bakıda bu dəqiqələrdə iki kişi intihar etmək istəyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl Nizami rayonu, Mikayıl Əliyev küçəsində iki kişi avtomobil yolunun üzərindəki dəmir konstruksiyaların üzərinə çıxaraq özlərini atacaqlarını deyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Onlarla aparılan psixoloji söhbət nəticəsində bir nəfər intihar fikrindən imtina edib və yerə düşüb.

İkinci şəxs də xilas edilib.