“Son 5 ildir ki, özümü ev iti kimi hiss edirəm” FOTO


Digərləri 30 İyl 2019 12:42:00 303 0

“Son 5 ildir ki, özümü ev iti kimi hiss edirəm”  FOTO

Özümü bir heyvana bənzətsəm, son 5 ildir ki, ev iti deyərəm. Düzü, əvvəllər bu, mənə qəribə gəlirdi, ancaq indi özümü daha xoşbəxt və rahat hiss edirəm.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri türkiyəli məşhur müğənni Can Bonomo "Katarsis" internet proqramında qonaq olan zaman deyib. İstər həyat tərzi, istərsə də musiqi stili ilə fərqlənən müğənni həyatı ilə bağlı bir çox məqama toxunub:

"Həyatımın dönüş nöqtəsi anamı itirməyim oldu. O vaxt başa düşdüm ki, təkəm və həyatın bütün məsuliyyətini öz çiynimə götürməliyəm. İki seçimim var idi: ya düşəcəkdim, ya da güclü bir adam olacaqdım. Mən ikincini seçdim.

Onsuz da, alternativ musiqi ilə məşğulam, bəyənməyənlərin olması normaldır. Hətta nifrət edənlər belə olacaq. Mən beləyəm və artıq cəmiyyət tərəfindən də bu formada qəbul olunduğumu düşünürəm. İnsanlar iradlarında haqlıdır, ilk mahnılarımda dediyim heç nə başa düşülmür. Ancaq hazırda buna çox diqqət edirəm".

Aktrisa Öykü Karayellə evil olan müğənni ən yaxın dostunun həyat yoldaşı olduğunu və birlikdə gözəl vaxt keçirdiklərini söyləyib:


Xəbərə aid fotolar